ASAN könüllülərinə təlim


 “ASAN School” könüllülük məktəbinin təşkilatçılığı ilə təcrübəli biznes təlimçi, “Müştəri məmnuniyyəti” kitabının müəllifi Arzu Qafarlı tərəfindən ASAN Könüllülərinə “Mükəmməl Müştəri Məmnuniyyəti” mövzusunda təlim keçirilmişdir. Canlı diskussiya şəraitində keçən təlimdə iştirakçılara nəzəri və praktiki biliklər, bacarıqlar öyrədilmişdir. Həmçinin təlimdə “müştərilərlə mədəni davranmağın, müştəri sədaqətinin necə təmin edilməsi, müştəri duyğularının idarə edilməsi, müştəri qazanma yolları, müştəri xidmətinin niyə önəmli olduğu və müştərinin nə istədiyi, müştəri xarakterləri, mükəmməl xidmətin əsas amilləri, satış işinin əsas prinsipləri, mükəmməl satıcının malik olduğu xüsusiyyətlər, müştəriləri qarşılama metodları, müştəri qarşılamada istifadə olunan danışıq dili və cümlələr, müştərilərin ehtiyaclarını hiss etmək bacarığı, satış zamanı effektiv təsir etmək yolları, malın təqdim olunması, qiymətlərə olan etirazlara düzgün cavab vermə yolları, satışın nəticələndirilməsi, satış sonrası xidmət, müştəri etirazlarının səbəbləri və cavablandırma üsulları, malların geriqaytarılması və dəyişdirilməsi” və bu kimi mövzulara toxunulmuşdur. Təlimdə aktiv iştirak edən gənclərə Arzu Qafarlının “Müştəri Məmnuniyyəti” kitabı hədiyyə edilmişdir. Qeyd edək ki, təlimdə 50 nəfər iştirak etmişdir.