Səyyar ASAN xidmətdə könüllü fəaliyyətinin təşkili davam edir.


Bildiyiniz kimi, ASAN könüllülər hərəkatı gündən-günə genişlənməkdədir. Respublikanın müxtəlif istiqamətləri çərçivəsində artıq 10.000-dən çox şəxs ASAN könüllüləri ailəsinə qoşulmuşdur. "ASAN xidmət" mərkəzlərinin fəaliyyət göstərmədiyi regionlarda da yaşayan gənclərimiz ailəmizin bir parçasına çevrilə bilər. Bunun üçün Səyyar ASAN xidmətdə könüllü fəaliyyətinə müraciət edə bilərsiniz. Təhsilindən və yaşayış yerindən asılı olmayaraq,16-26 yaş arası hər bir gənc seçdiyi regionda könüllülük fəaliyyətinə qoşula bilər.

Aşağıda qeyd olunmuş qrafik vasitəsilə könüllü olacağınız məkan və tarixi seçim edə bilərsiniz: 

Səyyar ASAN xidmət - qrafik

Müraciət üçün: http://konullu.asanschool.az